İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp onları dövlət maliyyəsindən məhrum etdi

ABŞ prezidenti Donald Tramp NPR (Milli İctimai Radio) şəbəkəsi və PBS-nin (İctimai Televiziya Xidməti) “qərəzli xəbərlər təqdim etməsi” səbəbilə bu qurumlara dövlət maliyyəsinin dayandırılması barədə fərman imzalayıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Ağ Evin rəsmi saytında yer alıb.

Mart ayının sonunda Tramp ABŞ Konqresini NPR və PBS-ni dərhal maliyyələşdirmədən məhrum etməyə çağırmış, onları qərəzli mövqe tutmaqda ittiham etmişdi. Aprelin ortalarında isə “New York Times” qəzeti yazmışdı ki, Ağ Ev NPR və PBS şəbəkələrinin 1,1 milyard dollar məbləğində maliyyəsini dayandırmaq niyyətindədir. Həmin vaxt qəzet qeyd etmişdi ki, bu vəsait NPR və PBS-in ümumi büdcələrinin yalnız kiçik bir hissəsini təşkil edir, çünki bu qurumlar əsasən sponsorluq və ianələr hesabına maliyyələşirlər.

Fərmanda Tramp belə deyir:

“NPR və PBS hansı siyasi baxışları təbliğ edirlərsə etsinlər, əsas məsələ ondan ibarətdir ki, bu qurumların heç biri vergi ödəyicilərinə ədalətli, etibarlı və qərəzsiz informasiya təqdim etmir. Buna görə də mən İctimai Yayım Korporasiyasının (CPB) Direktorlar Şurasına və bütün icra strukturlarına, agentliklərə NPR və PBS-ə federal maliyyənin dayandırılması barədə göstəriş verirəm”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR