İnsanlara hürriyət, millətlərə istiqlal!

Ata Ukraynada, oğul Monakoda həbsdədir - 650 milyon dollarıq “pul yuma” məsələsi

“Motor Sich” şirkətinin keçmiş prezidentinin oğlu Aleksandr Boquslayev Monakoda saxlanılıb. Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, o, şirkətin səhmlərini oğurlayıb 650 milyon dollara satmaqda şübhəli bilinir.

İstintaqın məlumatına görə, Aleksandr atası ilə əlbir olub, ona şirkətin əmlakını ələ keçirməkdə, sonra isə əldə edilən gəlirləri yumaqda köməklik edib. Onu 12 ilə qədər həbs və əmlakının tam müsadirəsi gözləyir.

Saxlanılan şəxsin atası Vyaçeslav Boquslayev 2022-ci ildən Ukraynada istintaq təcridxanasındadır. O, vətənə xəyanətdə ittiham olunur.

Xatırladaq ki, 1938-ci ildə Qazaxıstanda doğulmuş Vyaçeslav Boquslayev Ukraynanın ictimai-siyasi xadimi və Ukrayna Qəhrəmanıdır. O, Ukraynanın ən zəngin 25 adamı sırasındadır 2022-ci ildə o, Rusiya ilə əməkdaşlıqda və işğalçı dövlətə yardım etməkdə şübhəli bilinərək həbs edilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR