İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyası: Ermənistanda dövlət çevrilişi hazırlanıb

 

Müəyyən dairələr Ermənistanda yeni “27 oktyabr” çevrilişi hazırlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından məlumat yayılıb.

Hakim fraksiyanın deputatı, Müdafiə və Təhlükəsizlik Komissiyasının üzvü Armen Xaçatryan həbslər olduğunu təsdiqləyib: “Hesab edirəm ki, istintaq 7 həbslə məhdudlaşmayıb. İnanıram ki, prosesdə onlarla insan iştirak edib. Polisə qarşı mübarizədə xüsusi döyüş bacarığı olan şəxslərin də daxil olduğu dəstə hazırlanıb. Ona görə də tezliklə həbs olunanların sayı artacaq”.

Erməni deputatın iddiasına gör, bu, əslində, yerli müxalifətin elan etdiyi “isti payız” kampaniyasının bir tərkib hissəsidir. “Görünür, onlar hesab edirdilər ki, yalnız bu cür zorakı üsullarla hakimiyyət dəyişikliyinə nail ola bilərlər.  Buna görə də “27 oktyabr” ssenarisini (1999-cu ildə Ermənistan parlamentində baş vermiş terror aktı) əsas götürərək “B” planına keçdilər”, - deyə o qeyd edib.

Xatırladaq ki, bu gün Ermənistan İstintaq Komitəs, Ermənistanda hakimiyyəti ələ keçirməyi planlaşdıran 7 nəfərə qarşı cinayət işinin açıldığını bəyan edib. İstintaq Komitəsi iddia edir ki, bu qrup şəxs silahdan istifadə qaydalarını öyrənmək məqsədi ilə bir sıra Ermənistan vətəndaşlarını Rostova, o cümlədən Arbat bazasında təlimlərə cəlb ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR