Onlayn ictimai-siyasi qəzet
Bakıda avtobus sürücüsü piyadanı döyüb.
Musavat.com xəbər verir ki, buna səbəb piyada zolağında olan sərnişinə avtobus sürücüsünün yol verməməsi olub.
“BakuBus”a məxsus 11 saylı 90 JY 786 dövlət nömrə nişanlı avtobusun sürücüsü ona irad bildirən piyada ilə əvvəl sözlü mübahisə edib. Mübahisə böyüyüb və küçədə əlbəyaxa dava edib. Sürücü piyadanın sifətinə yumruqla vuraraq xəsarət yetirib. Zərbədən piyadanın qaşı partlayıb.
Hadisə yerində olan şəxslər tərəfləri sakitləşdirib. Əraziyə polis əməkdaşları gəlib.
İ.Muradov
Musavat.com
26 Aprel 2025
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ