Onlayn ictimai-siyasi qəzet
Rusiyada xarici vətəndaşların(miqrantların) uşaqları uşaq bağçasına qəbul edilərkən onlardan uşaqda başqaları üçün təhlükə yaradan yoluxucu xəstəliklərin olmadığı barədə tibbi arayış tələb olunacaq.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, müvafiq qərarı ölkənin Təhsil Nazirliyi qəbul edib.
Qərara əsasən "əcnəbi vətəndaş və ya vətəndaşlığı olmayan uşağın valideynləri (qanuni nümayəndələri) xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs olan uşağın başqaları üçün təhlükə yaradan hər hansı yoluxucu xəstəliyi olmadığı barədə tibbi arayış da təqdim etməlidilər. Sənədə verilən izahatda qeyd edilir ki, dəyişikliklər bütün şagirdlərin uşaq bağçalarında qaldıqları müddətdə epidemioloji cəhətdən təhlükəsiz şəraitə riayət olunmasını təmin edəcək.
Bundan əlavə, miqrantlar övladının Rusiyada olmasının qanuniliyini təsdiq edən sənədlərin surətlərini, uşağın sosial sığorta kodunu və valideynin məşğulluğunu təsdiq edən sənədlərin surətlərini (əgər varsa) təqdim etməli olacaqlar. Sənədlər rus dilində və ya rus dilinə təsdiq edilmiş tərcümə ilə müşayiət olunmalıdır. Natamam sənədlər toplusu təqdim edildikdə, təhsil təşkilatı ərizəni baxılmadan geri qaytarır.
Musavat.com
26 Aprel 2025
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ