İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Papa Fransiskin dəfn mərasimi çərçivəsində diplomatik görüşlər keçirməyəcək – Yelisey sarayı

Fransa Prezidenti Emmanuel Makron 26 aprel tarixində Roma Papası Fransiskin dəfn mərasimi zamanı heç bir diplomatik görüş keçirməyəcək.

Musavat.com-un məlumatına görə, bu barədə Yelisey sarayından Le Figaro nəşrinə açıqlama verilib.

“Bu, bütün inanclı insanlar və dünya üçün matəm və təfəkkür dövrüdür. Fransa Prezidenti Respublika adından Papa Fransiskin dəfni çərçivəsində heç bir diplomatik görüş planlaşdırmayacaq”, – deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, Papa Fransiskin vəfatı dünya miqyasında böyük hüzn və ehtiramla qarşılanıb. Onun dəfn mərasimi Vatikanda yüksək səviyyəli iştirakla keçiriləcək. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR