Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ştatlar Ukraynada nizamlanmaya dair danışıqlar üçün hər hansı son tarix təyin etmir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə deyib: "Son müddət yoxdur. Mən sadəcə bunu mümkün qədər tez başa çatdırmaq istəyirəm".
O, həmçinin xatırladıb ki, onun xüsusi nümayəndəsi Steven Vitkoff “hazırda Moskvada Putinlə görüşür”. Bununla belə, Tramp Vitkoffa hansı konkret tapşırıqların verildiyi və ya Amerika tərəfinin danışıqların hazırkı raundunda hansı konkret məsələləri müzakirə etmək istədiyi ilə bağlı heç bir təfərrüat açıqlamayıb.
Xatırladaq ki, dünən ABŞ prezidenti bəyan etmişdi ki, onun Ukrayna münaqişəsinin həllinə yönəlmiş danışıqlarla bağlı “öz müddəti” var: “Bu müddətdən sonra ABŞ “tamamilə fərqli yanaşma” tətbiq edəcək”, – Tramp qeyd edib. O, sözügedən vaxt çərçivəsini dəqiqləşdirməkdən imtina edib. Bununla belə, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilib-sərtləşdirilməyəcəyinə 2 həftədən sonra qərar veriləcəyini bildirib.
Musavat.com
26 Aprel 2025
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ