İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna və Rusiya arasında iki fərqli sülh təklifi var – biri Avropanın, digəri ABŞ-ın dəstəyi ilə

CNN-in Avropa rəsmisinə istinadən yaydığı məlumata görə, Ukrayna ilə Rusiya arasında sülhə dair iki fərqli yanaşma mövcuddur.

Musavat.com-un məlumatına görə, bunlardan birini Kiyev və Avropa ölkələri, digərini isə Vaşinqton dəstəkləyir.

Avropa və Ukrayna tərəfindən irəli sürülən variant atəşkəsin əldə olunmasını, daha sonra isə mübahisəli ərazilərin taleyinin diplomatik yollarla müzakirə edilməsini nəzərdə tutur. Bu plan çərçivəsində Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri verilməsi təklif olunur.

ABŞ prezidenti Donald Trampın Rusiya üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun irəli sürdüyü alternativ planda isə daha fərqli şərtlər var. Həmin təklifə əsasən, ABŞ Krımı “Rusiya ərazisi” kimi tanıyır, Ukraynaya “etibarlı təhlükəsizlik zəmanətləri” verilir, Kiyevin NATO-ya üzvlüyündən imtina etməsi gözlənilir və Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ləğv olunur.

CNN qeyd edir ki, bu gün Vitkoffun Rusiya Prezidenti Vladimir Putinlə görüşündə dəyişdirilmiş sülh təklifini müzakirə etdiyi ehtimal olunur. Prezident Volodimir Zelenski isə bildirib ki, bu yeni təklif son bir həftə ərzində gedən diplomatik gərginliklərin nəticəsində ortaya çıxıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR