Onlayn ictimai-siyasi qəzet
İstanbul ard-arda baş verən zəlzələlərlə sarsılır – AFAD: “Əhali ehtiyatlı olsun”
Musavat.com-un məlumatına görə, İstanbulda bu gün ardıcıl zəlzələlər qeydə alınıb. Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) saat 17:52-də şəhərdə 3.7 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.
Bundan bir neçə saat sonra, saat 20:33-də isə İstanbul bu dəfə daha güclü – 4.3 maqnitudalı yeni bir yeraltı təkanla silkələnib.
Sosial mediada bir çox sakin təkanları aydın hiss etdiklərini bildirir. Hazırda dağıntı və ya xəsarət barədə rəsmi açıqlama verilməyib.
AFAD və müvafiq qurumlar əhalini soyuqqanlı olmağa, rəsmi mənbələri izləməyə və ehtiyat tədbirlərinə riayət etməyə çağırır.
Mənbə: https://www.milliyet.com.tr/gundem/son-dakika-istanbulda-siddetli-deprem-7357622#post-1
Musavat.com
26 Aprel 2025
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ