Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp "The Times" qəzetinə verdiyi geniş müsahibəsində dünya gündəmini silkələyəcək açıqlamalarla çıxış edib.
Musavat.com xəbər verir ki, müsahibə zamanı o, arxasında Rusiya prezidenti Vladimir Putin tərəfindən hədiyyə olunduğu iddia edilən bir portretin fonunda poz verib.
Tramp müsahibəsində bildirib ki, Ukraynanın heç vaxt NATO-ya üzv olmayacağını düşünür və Kanada, Qrenlandiya və Panam kanalının ABŞ-ın tərkib hissəsinə çevrilməli olduğunu bəyan edib. O, bu planları “Amerika imperiyasının genişlənməsi” kimi təqdim edib.
Həmin gün yayılan başqa bir sensasion məlumatda isə Reuters agentliyi yazır ki, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff 17 aprel tarixində Parisdə Avropa və Ukrayna rəsmilərinə ABŞ-ın Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına dair son təkliflərini təqdim edib.
Təklif olunan sülh planının əsas bəndləri bunlardır:
• Daimi atəşkəs rejimi.
• Ukraynaya təhlükəsizlik zəmanətləri – Avropa dövlətləri və könüllü qeyri-avropa ölkələr tərəfindən.
• Ukrayna NATO üzvlüyündən imtina edir, lakin Aİ-yə üzvlük üçün namizəd statusu saxlanılır.
• ABŞ Krımın Rusiyanın tərkib hissəsi olduğunu de-yure tanıyır.
• ABŞ həmçinin Rusiya nəzarətində olan Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrini de-fakto tanıyır.
• Xarkov vilayəti Ukraynaya qaytarılır.
• Zaporojye AES ABŞ nəzarətinə verilir, enerji hər iki tərəfə paylanacaq.
• Ukraynaya Dneprdə sərbəst hərəkət və Kinburn dili üzərində nəzarət verilir.
• Ukrayna ilə ABŞ arasında mineral resurslar üzrə saziş imzalanacaq.
• Ukrayna rekonstruksiya ediləcək və maliyyə kompensasiyası alacaq.
• 2014-cü ildən bəri tətbiq olunan Rusiya sanksiyaları ləğv olunacaq.
• ABŞ və Rusiya arasında enerji və sənaye əməkdaşlığı bərpa olunacaq.
Reuters bildirir ki, bu plan Tramp administrasiyasının mövqeyini əks etdirir və Avropa İttifaqı ölkələrinin əvvəlki yanaşmalarından ciddi şəkildə fərqlənir. Əsas fikir ayrılıqları torpaq məsələlərinin ardıcıllığı, sanksiyaların ləğvi və təhlükəsizlik zəmanətləri ətrafındadır.
Mətbuata düzəliş: Portret Nika Safronova aid deyil
Qeyd edək ki, The Times tərəfindən yayımlanan portretin rusiyalı rəssam Nikas Safronova aid olduğu iddia olunsa da, daha sonra bu məlumat düzəlişlə təkzib edilib. Rəssamın üslubuna bənzəsə də, portret başqa müəllifə aiddir.
Musavat.com
26 Aprel 2025
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ