Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ərazi bütövlüyünün danışıqlar mövzusu olmadığını bir daha bəyan edib.
Musavat.com-un məlumatına görə, O bildirib ki, heç kəsin Ukrayna torpaqlarını kiməsə vermək ixtiyarı yoxdur, çünki bu ərazilər Ukrayna xalqına məxsusdur.
“Biz nəyisə verə və ya verməyə bilmərik. Bu ərazilər nə mənim, nə də kiminsə şəxsi mülkiyyəti deyil. Bu, bu gün yaşayan və gələcək nəsillər üçün doğulacaq Ukrayna xalqının mülkiyyətidir. Bu torpaqlar tam olaraq Ukraynaya aiddir”, – deyə Zelenski jurnalistlərlə söhbətində bildirib.
Bu açıqlama Ukrayna liderinin müharibə şəraitində kompromisə gedib ərazi güzəştlərinə razı ola biləcəyi ilə bağlı ehtimallara cavab kimi qiymətləndirilir.
Musavat.com
09 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ