Onlayn ictimai-siyasi qəzet
Ukraynada buzla örtülmüş göldə faciə baş verib.
Musavat.com xəbər verir ki, 40 yaşlı bir kişi öz istəyi ilə proruğa (buzda açılmış çuxura) atılıb, ancaq suyun altında onun ürəyi dayanıb və o, bir daha üzə çıxmayıb.
Hadisə zamanı orada olan kişinin həyat yoldaşı və onun rəfiqəsi bu anları videoya çəkiblər. Videodan da göründüyü kimi, qadınlar əvvəlcə onun haraya yoxa çıxdığını anlamayıblar və hətta bir qədər gülüşüb reaksiyasız qalıblar. Lakin bir müddət sonra vəziyyətin faciəvi olduğunu anlayaraq kömək çağırmağa başlayıblar.
Xilasetmə qrupları kişinin cansız bədənini suda axtarıb və daha sonra meyiti sudan çıxarılıb.
Hadisə ictimaiyyətdə geniş rezonans doğurub. Sosial şəbəkələrdə paylaşılan videoya çoxsaylı reaksiya gəlib və insanların əksəriyyəti bu cür təhlükəli “soyuq suya atılma” cəhdlərini məsuliyyətsiz və təhlükəli adlandırıb.
Hadisənin 14 aprel tarixində baş verdiyi bildirilir.
@@TVmusavat/113726@@
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ