İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya TransƏfqan dəmiryol xəttinin tikintisinə qoşulur – İlginc gəlişmə

Özbəkistan və Rusiya mütəxəssisləri Trans-Əfqan dəmir yolunun layihələndirilməsini həyata keçirəcəklər.

Musavat.com xəbər verir ki, məlumatı Rusiyanın Özbəkistandakı Ticarət Nümayəndəliyinin mətbuat xidməti yayıb.

Bildirilir ki, dəmiryol xətti Cənub-Şərqi Asiya ilə MDB ölkələri, Çin və Avropa arasında yeni tranzit dəhlizləri yaradacaq: "Özbəkistan və Rusiyanın layihə büroları Trans-Əfqan dəmir yolunun layihəsini birgə həyata keçirəcək. Əfqanıstandan keçən marşrutlar yeni ən qısa tranzit dəhlizləri yaradacaq və Cənub-Şərqi Asiya bazarlarını MDB ölkələri, Çin və Avropa bazarları ilə birləşdirəcək Tərmiz-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yolunun bir hissəsi olacaq".

Məlumatda həmçinin qeyd edilir iki, dəmiryol xətti yükdaşımaların vaxtını və maya dəyərini 30-40 faiz azaldacaq: “Özbəkistan-Əfqanıstan-Pakistan marşrutu Şimal-Cənub marşrutunun bir hissəsi olacaq. Hesablamalara görə, Şimal-Cənub marşrutu Süveyş kanalından keçən marşrutdan 30 faiz ucuz və 40 faiz qısadır. Beləliklə, Şimal-Cənub nəqliyyat dəhlizinin, Trans-Əfqan Dəmir Yolu və s. yaradılmasında əsas strateji müttəfiq - Rusiya ilə tərəfdaşlıq Özbəkistanın aparıcı nəqliyyat və logistika qovşağına çevrilməsinə imkan verəcək”.

Qeyd edək ki, TransƏfqan dəmiryol xəttinin əsas təşəbbüskarı olan Özbəkistan neçə illərdir Rusiyanı xəttin tikintisi və maliyyələşdirilməsinə cəlb etməyə çalışır, lakin buna nail ola bilmirdi. Lakin aprelin əvvəlində Səmərqənddə keçirilən Avropa İttifaqı-Mərkəzi Asiya zirvəsindən sonra Rusiya xəttə maraq göstərməyə başlayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR