Onlayn ictimai-siyasi qəzet
“Bu gün Nikol Paşinyanın şəxsi maraqları Azərbaycanın dövlət maraqlarına uyğundur”.
Musavat.com xəbər verir ki, bunu Ermənistan Baş Prokurorluğunun binası yaxınlığında keçirilən etiraz aksiyasında “Ermənistan” blokundan olan revanşist deputat Artur Xaçatryan deyib.
“Ona görə deyirik ki, Nikol Paşinyan uzaqlaşdırılmalıdır. Onun maraqları ermənilərin maraqlarından fərqli olduğu üçün dövlətə təhlükə yaradır. Nikol Paşinyan dövlətçiliyimizin əleyhdarıdır. Paşinyan getməli, ona qarşı cinayət işi başlanmalıdır”, - deyə Xaçatryan bildirib.
Musavat.com
15 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ