İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan “türk hamamı”na üstünlük verir”

“Nikol Paşinyan demək olar ki, bütün məsələlərdə yalan danışır. Kiçikdən ən vacibinə qədər”.

Musavat.com xəbər verir ki, bu sözlərin müəllifi erməni revanşist siyasətçi Andranik Tevanyandır.

“Böyük yalan nəticəsində Qarabağ getdi. İndi Nikol Ermənistana keçib. O, elə yalan danışır ki, guya Azərbaycan-Ermənistan danışıqlarında vasitəçilərə ehtiyac görmür və birbaşa danışıqlar aparır. Reallıq budur ki, Paşinyan vasitəçiliyin yox, Rusiyanın vasitəçiliyinin əleyhinədir. Ona görə də o, Moskvada üçtərəfli görüşdən imtina edib.

Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi var. Bu vasitəçi Türkiyənin təmsil etdiyi Qərbdir. Paşinyan bunu dəstəkləyir, çünki şəxsi təhlükəsizliyini təmin edən “türk hamamı”na üstünlük verir.

Nikolun velosiped piarı da saxtadır. Bir daha əmin olursan ki, əgər insanın uşaqlıqda (geniş mənada) velosipedi yoxdursa, yetkinlik dövründə o, ömür boyu kənd adamı kimi qalacaq”, - deyə Tevanyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR