Onlayn ictimai-siyasi qəzet
“Bakı ilə Xankəndidəki ermənilər arasında dialoq səmərəli nəticə verdikdə, Qarabağda heç bir təhlükə qalmadıqda, Rusiya sülhməramlıları bölgədən çıxarılacaq”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Sülhməramlılar üçtərəfli bəyanata əsasən Rusiya Federasiyasının Federal Məclisinin müvafiq qərarı ilə Qarabağa yerləşdiriliblər. Onların regiondakı mövcudluğunun əsas məqsədi Qarabağdakı erməniləri qorumaqdır. Onlar regiondan çıxarılanda, artıq təhlükə yoxdur deməkdir” – deyə, o bildirib.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 15.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Vaqif Hüseyndir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/TVmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ