Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 13-də İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya baş nazirinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş baş tutub.
Musavat.com xəbər verir ki, Rusiya nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz Dəmir Yollarının baş direktoru Aleksey Melnikov, səfir Sergey Kopırkin və Rusiya Dəmir Yolları QSC-nin direktor müavini Vyaçeslav Pavlovski də olub.
Ekspertlərin diqqətini isə nümayəndə heyətinin tərkibində xarici işlər nazirinin müavini Mixail Qaluzinin olması çəkib ki, bu da səbəbsiz deyil.
Qaluzin Ermənistana gəlməzdən əvvəl Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində əsas fiqur olan türkiyəli diplomat Kılıçla görüşüb.
Overçuk baş nazir Nikol Paşinyanla görüşü məhsuldar adlandırıb.
“Biz Ermənistan iqtisadiyyatının necə böyüdüyünü və inkişaf etdiyini, Avrasiya İqtisadi İttifaqında ən yaxşı ÜDM göstəricilərini nümayiş etdirdiyini görürük və hamımız başa düşürük ki, bu cür iqtisadi uğurlar ilk növbədə Aİİ ilə inteqrasiya əlaqələri sayəsində əldə edilir”, - Overçuk qeyd edib.
Rusiya baş nazirinin müavini qeyd edib ki, Ermənistan birlik çərçivəsində fəal müsbət rol oynayır. Paşinyanla görüşdə Ermənistanın Avrasiya inteqrasiyasında iştirakı məsələsi də müzakirə olunub.
Rusiya baş nazirinin müavini erməni həmkarı Mher Qriqoryan arasında görüş isə 5 saat davam edib. Görüşün təfərrüatları haqda bilgi verilmir.
Bu səfərin USAİD-in Ermənistana verdiyi qrantın kəskin artmasından (120 milyon dollardan 250 milyon dollara qədər) sonraya təsadüf etməsi diqqət çəkir. USAİD-in yardımı regionda Qərbin təsirinin güclənməsini açıq şəkildə göstərən hadisə hesab olnur. Yada salaq ki, Ermənistana iki dəfədən çox maliyyə yardımı baş nazirinin müavini Mher Qriqoryan və USAİD-in Ermənistan missiyasının direktoru Con Alello tərəfindən imzalanmış saziş kiber təhlükəsizlik, enerji təhlükəsizliyi və demokratik proseslərə dəstək də daxil olmaqla, geniş spektrli əsas sahələri əhatə edir.
Politoloq Stepan Danelyanın fikrincə, ABŞ Zəngəzur dəhlizi ətrafında geosiyasi proseslər təsir etmək istəyir.
“Məqsəd Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və İranın imkanlarını məhdudlaşdırmaqdır, çünki gələcəkdə bu yollar hərbi əhəmiyyət kəsb edə bilər. Türkiyənin regionda Rusiyanı əvəz etməsi, Ermənistanın qaz, neft və digər mühüm malları Rusiyadan deyil, Türkiyə və Azərbaycandan alması ABŞ üçün vacibdir”, - politoloq “Sputnik” radiostansiyasına müsahibəsində bildirib.
Bu kontekstdə ekspertlərə görə, Rusiya nümayəndə heyətinin səfərini Moskvanın regionda öz təsirini saxlamaq istəyi kimi qiymətləndirir.
“Ola bilsin ki, regional problemlərin həlli üçün alternativ yollar təklif edilsin. Rusiya nümayiş etdirir ki, o, regionda mühüm oyunçu olaraq qalır və mürəkkəb diplomatik məsələlərdə, o cümlədən Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasında vasitəçilik etmək iqtidarındadır”, - şərhçilər qeyd edirlər.
Politoloq Hakob Badalyan da hesab edir ki, Qaluzinin nümayəndə heyətində olması Moskvanın regional diplomatiyada daha fəal rol oynamaq niyyətindən xəbər verə bilər. Rusiya bu ilin oktyabrında Kazanda keçiriləcək BRİKS sammiti zamanı Paşinyanla Türkiyə prezidenti Ərdoğan arasında görüş də təşkil edə bilər.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ