İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir müavinindən təhsil xərci ilə VACİB AÇIQLAMA

"Bir bakalavr və magistratura səviyyələrinə düşən təhsil haqqı xərci təxminən 3 min manatdan çoxdur, doktorantura səviyyəsi üzrə isə bu xərc 4500 manatdan çoxdur".

Musavat.com xəbər verier ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, bir təhsilalana düşən təhsil xərcləri orta hesabla 25 faiz artırılıb:

"Ötən gün Nazirlər Kabineti ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qərara dəyişiklik edib. Bakalavr təhsil səviyyəsi üzrə hər təhsilalana düşən təhsil haqqı xərcləri 22 faiz, magistratura üzrə 26 faiz artırılıb: doktorantura səviyyəsi üzrə bu artım 60 faizdir".

O əlavə edib ki,  növbəti illərdə bu artım təhsil müəssisələrinə münasibətdə daha səmərəli nəticə verəcək. Hazırda 73 mindən çox tələbə var onlardan yarısından çoxu dövlət hesabına təhsil alır, bu da universitetlərin maliyyələşdirilməsində artım deməkdir".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR