İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotiki kağızlara hopduran narkotacirlər yaxalandı

Türkiyənin Konya şəhərində narkotiklərlə mübaarizə qrupunun əməliyyatçıları əyalət xaricindən Konyaya narkotik gətirən təşkilata qarşı əməliyyat keçirib.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, polis əməkdaşları narkotik vasitələr daşıyan 3 avtomobilin Konyaya getdiyi barədə məlumat əldə edib və hərəkətə keççib. Şəhərin girişində polis tərəfindən qarşılanan şübhəlilər qaçmağa başlayıblar. Polis qaçmağa çalışan şübhəliləri qısa təqibdən sonra yaxalayıb.

3 ayrı avtomobildə aparılan axtarış zamanı 89 ədəd 40×40 sm, 2 ədəd 20×40 sm və 2 ədəd 10×40 sm ölçüdə, salfet kağızına hopdurulmuş sintetik kannabinoidlər götürülüb, 6 şübhəli saxlanılıb.

Müsadirə edilən 3 avtomobildə olan 6 şübhəli barəsində narkotiklərdən istifadə və narkotik vasitələrin alqı-satqısı cinayətlərinə görə cinayət işi başlanıb. Şübhəlilər ədliyyə orqanları tərəfindən həbsxanaya göndərilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR