Onlayn ictimai-siyasi qəzet
İlk yayın vaxtı 01.08.2024 09:14
Sosial mediada Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun gənclik illərinə dair maraqlı video görüntülər yayılıb.
Musavat.com-un xəbərinə görə, belə məlum olur ki, görüntülər 1997-ci ildə Moskvada təşkil edilmiş "Nə? Harada? Nə zaman?" intellektual oyununda çəkilib. Həmin oyunda iştirak edən ilk azərbaycanlı bilici məhz Mikayıl Cabbarov olub.
Qeyd edək ki, Cabbarov 1994-1997-ci illərdə "Atəşgah İntellektual Oyunlar Klubu"nun prezidenti olub. 1996-1997-ci illərdə Azərbaycan Gənclər Təşkilatları Forumunun sədr müavini, 1996-1997-ci illərdə isə "Breyn-Rinq" oyunlarının Müstəqil Dövlətlər Birliyinin mütləq çempionu olub.
Musavat.com maraqlı görüntüləri öz oxucularına təqdim edir:
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ