Onlayn ictimai-siyasi qəzet
Xaçatur Abovyan adına Ermənistan Dövlət Pedaqoji Universitetinin rektoru, prorektoru və bir neçə əməkdaşı saxlanılıb.
Musavat.com telegram kanallarına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, onlar universitetdə cinayətkar təşkilat yaratmaqda və ona rəhbərlik etməkdə, mənimsəmə və xüsusilə külli miqdarda dələduzluq, rüşvətxorluqda ittiham olunurlar. Cinayət işi çərçivəsində universitetin daha bir neçə əməkdaşı da həbs edilib.
Musavat.com
17 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ