İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin və Lavrovun Budapeştə getməsinə hüquqi maneə varmı? - Aİ aydınlıq gətirdi

Rusiyaya qarşı sanksiyalar prezident Vladimir Putin və ya Rusiya xarici işlər naziri Sergey Lavrovun Avropa İttifaqı sərhədlərini keçməsinə qadağa qoymur.

Musavat.com xəbər verir ki, məlumatı “The Guardian” yayıb. Nəşrin məlumatına görə, Aİ sözçüsü Anita Gipper bəyan edib ki, Putinin aktivləri dondurulub, lakin onun Aİ-yə girişinə heç bir qadağa yoxdur və Macarıstanda ABŞ-Rusiya sammiti ilə bağlı planlar davam edə bilər.

O, həmçinin qeyd edib ki, Aİ Ukraynada sülhün bərqərar olmasına kömək edə biləcəyi təqdirdə ABŞ prezidenti Donald Tramp və Rusiya diktatoru Vladimir Putin arasında elan edilən görüşü alqışlayır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR