Onlayn ictimai-siyasi qəzet
"The Washington Post" yazır ki, bir sıra Avropa rəsmiləri Ukraynanın ABŞ-dan istədiyi “Tomahawk” raketlərinin döyüş meydanında praktiki təsirinin az olacağına inanır.
Mənbələrin sözlərinə görə, bu silahların Ukraynaya verilməsi daha çox simvolik addım kimi qiymətləndirilir və müharibənin gedişatına ciddi təsir göstərməsi gözlənilmir.
Avropalı diplomatlar bildiriblər ki, “Tomahawk” raketlərinin istifadəsi çox mürəkkəb logistika, yüksək maliyyət və ABŞ-ın birbaşa iştirakını tələb edir. Buna görə də, onların fikrincə, bu addım siyasi jestdən o tərəfə keçmir.
Ekspertlər isə qeyd edirlər ki, bu məsələ həm Qərb koalisiyası daxilindəki fikir ayrılıqlarını, həm də Ukraynaya dəstək mexanizmlərindəki praktiki limitləri bir daha üzə çıxarır.
Musavat.com
17 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ