İnsanlara hürriyət, millətlərə istiqlal!

İranı gözləyən TƏHLÜKƏ - 710 min ildən sonra OYANDI

İranın cənub-şərqində yerləşən Təftan vulkanında aktivlik müşahidə olunub.

Musavat.com “Daily Mail”a istinadən xəbər verir ki, bu vulkan təxminən 710 min ildir sönmüş hesab edilirdi.

Nəşr yazır ki, son 10 ayda vulkanın zirvəsi 9 santimetr qalxıb.

Alimlərin sözlərinə görə, Təftan “zombi vulkanları” adlandırılan, yəni əvvəllər aktiv olmayan, lakin sonradan yenidən oyanan vulkanlardandır.

Mütəxəssislər bu canlanmanın zirvə altında yığılan isti qazlar və mayelərlə əlaqəli olduğunu bildirirlər.

Vulkanoloq Pablo Qonsales vurğulayıb ki, Təftan yatmış vulkan hesab edilməlidir. Onun sözlərinə görə, hazırda vulkan sutkada 20 tona qədər kükürd dioksidi buraxır, lakin yaxın zamanda püskürmə təhlükəsi yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR