Onlayn ictimai-siyasi qəzet
Alyaskada Rusiya və ABŞ prezidentlərinin qapalı formatda keçirilən görüşü zamanı Vladimir Putin Donald Trampa rus torpaqlarının və Rusiya imperiyasının tarixindən danışmağa başlayıb. Bunun nəticəsində Ağ Evin rəhbəri bir neçə dəfə səsini qaldırıb və bir məqamda hətta görüşü tərk etməklə hədələyib. Nəticədə Tramp görüşü yarımçıq kəsib və planlaşdırılmış naharı ləğv edib.
Musavat.com xəbər verir ki, bu barədə “The Financial Times” yazır.
Qəzet 8 Qərb və Ukrayna rəsmisinə, diplomatlara, eləcə də sülh danışıqları prosesinə yaxın olan bir neçə rus mənbəyə istinad edir.
Qəzetin məlumatına görə, Putin Trampa uzun-uzadı Ukrayna və Rusiyanın bir xalq olduğunu izah edib, xüsusilə Rürik və Yaroslav Mudrının dövrlərindən, həmçinin XVII əsrdə Sol sahil Ukraynanın Rusiya çarlığı ilə birləşməsinə şərait yaradan kazak atamanı Boqdan Xmelnitskidən danışıb.
Görüş zamanı siyasətçilər təkcə tarixdən danışmayıblar: Donald Tramp Vladimir Putinə “müharibəni dayandırarsa, çox yaxşı bir təklif” irəli sürüb, lakin Rusiya prezidenti “həddi aşıb”, Ukraynanın sabiq baş naziri Arseniy Yatsenyuk bildirib.
Qəzetin məlumatına əsasən, Ankoricdə Tramp Ukraynada atəşkəs müqabilində Putinə Amerika sanksiyalarının yumşaldılmasını, ilhaq olunmuş Krımın Rusiya kimi tanınmasını və Kiyevin Donbas təmas xəttindən qoşunlarını geri çəkməyə razı salınmasını təklif edib.
Lakin Rusiya prezidenti “israrla” bildirib ki, Moskva yalnız o halda müharibəni bitirməyə hazır olacaq ki, “Ukrayna kapitulyasiya etsin, Donbasda daha çox ərazi versin” və Kiyevdə siyasi rəhbərlik dəyişsin.
Musavat.com
19 Oktyabr 2025
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ