Onlayn ictimai-siyasi qəzet
Amerikalı kino ulduzu Robert De Niro Bakıda restoran açmağa hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə Xalq artisti Emin Ağalarov "Instagram" hesabında məlumat verib.
O, "Nobu Matsuhisa", Robert De Niro və Meyr Teper tərəfindən yaradılan məşhur "Nobu" brendinin Azərbaycanda və Monteneqronun aparıcı kurort bölgələrində fəaliyyətə başlayacağını açıqlayıb.
"Sea Breeze"in qurucusu Emin Ağalarov ilə "Nobu" brendinin əməkdaşlığı uzun bir tarixə malikdir. Hələ 2009-cu ildə tərəfdaşlar Rusiyada ilk "Nobu" restoranını açmış, 2015-ci ildə isə ikinci layihəni şəxsən brendin təsisçilərinin iştirakı ilə təqdim etmişdilər. Çoxillik dostluq və əməkdaşlıq yeni bir fəslə - Bakıda və Monteneqroda "Sea Breeze" ərazisində "Nobu" layihələrinə başlanğıc qoyub.
"Nobu" brendi altında Azərbaycandakı "Sea Breeze"də 80 nömrəlik hotel, həmçinin brendin firma üslubunda - təbii materiallar, lakonik dizayn, rahatlıq və zərifliyin vəhdəti olan beş villa daxil olmaqla 100 rezidensiya təqdim ediləcək. Qonaqlar və sakinlər üçün cəlbedici məkan şəbəkənin baş aşpazından yapon-Peru mətbəxinin təamlarının təqdim ediləcəyi "Nobu" restoranı, həmçinin dəbli bar və istirahət zonası olacaq.
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ