Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın “Auterion” şirkəti Ukrayna ilə birgə hazırlanmış uzaqmənzilli “Artemis ALM-20” pilotsuz uçuş aparatını təqdim edib. Layihə ABŞ Müdafiə Nazirliyinin Hərbi İnnovasiyalar İdarəsinin dəstəyi ilə həyata keçirilib.
Musavat.com xəbər verir ki, bu barədə “The Moscow Times” məlumat yayıb.
Məlumata görə, yeni dron 40 kiloqram partlayıcı daşıya və 1600 kilometr məsafədəki hədəfləri məhv edə bilir.
Aparat süni intellekt əsaslı “Skynode N” bort kompüteri və vizual naviqasiya sistemi ilə təchiz olunub. Şirkətdən bildirilib ki, bu texnologiya drona GPS siqnalı itdikdə belə ərazidə istiqamətini müəyyənləşdirməyə və hədəfi yüksək dəqiqliklə vurmağa imkan verir.
“Auterion”un layihə üzrə tərəfdaşı Ukraynanın yerli istehsalçısıdır. Təhlükəsizlik səbəbindən şirkətin adı açıqlanmır.
Konstruksiyasına görə “Artemis” İran istehsalı “Şahed” zərbə dronuna bənzəyir. Aparatın sınaqları Ukraynada keçirilib və bu prosesə yerüstü buraxılış, GPS-si olmadan naviqasiya, uzaqməsafəli uçuşlar və hədəflərin vurulması daxil olub. Uğurlu testlərdən sonra sistem müttəfiq ölkələrin silahlı qüvvələrinə də təklif olunub. Artıq ABŞ, Ukrayna və Almaniyada istehsal xətləri yaradılır.
“Auterion” şirkətinin baş direktoru Lorents Mayer bildirib ki, “Artemis” kütləvi istehsal və sürətli yerləşdirmə üçün nəzərdə tutulub, bu da genişmiqyaslı, davamlı avtonom zərbə sistemləri yaratmağa imkan verəcək.
Məlumata görə, bu ilin martında “Azov” xüsusi təyinatlı 12-ci briqadası “Artemis” in kiçik analoqlarını döyüş şəraitində sınaqdan keçirib.
Musavat.com
19 Oktyabr 2025
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ