İnsanlara hürriyət, millətlərə istiqlal!

Mədəniyyət Nazirliyi ilə sənətçilər arasında qalmaqal

Aqil Abbas: “İnana bilmirəm ki, Mədəniyyət Nazirliyində kimsə rüşvət alsın, sənətçiləri incitsin... ”

Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərinin təşkili sektorunun müdiri Mənzər Nurəliyeva ilə şair Vüqar Əhməd və qızı, tanınmış müğənni Almaxanım Əhmədli arasında qalmaqal yaranıb. “Qaynarinfo” xəbər verir ki, qalmaqalın kökündə adıçəkilən şəxslərin Mənzər Nurəliyevanın sektor müdiri kimi fəaliyyətindən narazılığı dayanır.

Vüqar Əhməd hətta bununla bağlı satirik şeir də yazıb. Həmin şeir bir neçə gün əvvəl sosial şəbəkələrdə paylaşılıb. Lakin sonradan silinib.

Vüqar Əhməd “Qaynarinfo”ya açıqlamasında qalmaqalın təfərrüatlarını açıqlayıb.

VÜQAR ƏHMƏD PLAGİATÇILIQDA İTTİHAM OLUNDU » Məhəmməd Ərsoyun BLOQU

Vüqar Əhməd

“Əvvəla, onu deyim ki, mədəniyyət naziri Adil Kərimlinin işinə söz ola bilməz. Necə lazımıdrsa, işləyir”. O, Mənzər Nurəliyevanın fəaliyyətinə diqqət çəkərək əlavə edib ki, sektor müdiri Mədəniyyət Nazirliyində monopoliya yaradıb:  “Nazirin də ona gücü çatmır. Mənzər nazirlikdə çoxdan işləyir, 4-5 nazir yola salıb. Musiqidən də başı çıxmır. Kim onun "qılıncının altından keçməsə", dövlət tədbirlərdə iştirakına mane olur. Gərək tədbirlərdə iştirak onunla razılaşdırıla. Mənzər gənclərə qarşı çox aqressivdir. Artistlərin çoxu ondan qorxur, bu üzdən ona yaltaqlanmağa məcburdurlar. Onun da arxasında adamı var, bu səbəbdən kimsənin ona gücü çatmır, işindən çıxarda da bilmirlər. Almaxanıma qarşı da aqressivdir. Bütün istedadlılara qarşı onda qısqanclıq var. O, xalq musiqisi oxuyanlara qarşı düşməndir. Mənzər bütün sənət adamlarını qəsdən dövlətdən narazı salır. Mən naziri qınamıram, onun Mənzərə gücü çatmır, çatsaydı, onu çoxdan postundan uzaqlaşdırardı".

Müğənni Almaxanım Əhmədli də  Mədəniyyət Nazirliyinin dövlət əhəmiyyətli tədbirlərinin təşkili sektorunda özbaşınalığın hökm sürdüyünü deyib: “Biz də bu vətənin sənət adamlarıyıq. Ona görə də Mədəniyyət Nazirliyində dövlət tədbirlərinin təşkilli sektorundan gözləntilərimiz var. Mənzər xanım da bu sektorun müdiridir. Xarici və daxili tədbirlərin təşkili, repertuarların seçilməsi, müğənnilərin siyahısının tutulmasına bu sektor nəzarət edir. Onun rəhbərliyi isə müəyyən şübhələrə gətirib çıxardır. Bütün tədbirlərdə eyni adamları görürük. Sanki bunlardan başqa Azərbaycanda müğənni yoxdur. Bərbad bir vəziyyət yaranıb. Nə vaxt bir söz deyirsən, deyir "yuxarıda adamım var, sizin mənə gücünüz yetməz" və s".

2017-ci il “Muğam” televiziya müsabiqəsinin birincisi, 2018 - Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, 2019-cu ildə Özbəkistanda keçirilən “Şərq təranələri” festivalının 75 ölkə üzrə birincisi, baş mükafatın sahibi Pərviz Qasımov da narazıdır. Mövzu ilə bağlı ifaçı Moderator.az saytına danışıb: “Mənzər Nurəliyeva şəxsi ambisiyalarına, öz maraqlarına görə hərəkət etdiyi üçün bizi siyahıdan çıxarıb. Mənə çox maraqlıdır, bunun arxasında nə dayanır? Hansı səbəblər var? Böyükmiqyaslı müsabiqələrdə qalibiyyət əldə etmişəm ki, kiminsə ambisiyaları ilə üzləşim? Heç bir tədbirlərə buraxılmayım? Bu nə deməkdir?  Mənə çox maraqlıdır, Azərbaycanda ifaçı ancaq 15 nəfərdən ibarətdir?  Azərbaycanın dəyərli xalq artistləri, professorlarımız var, amma gənclərə niyə yer ayrılmır? Gənclərə niyə, hansı səbəblərə görə bu konsertlərdə iştirak etməyə icazə verilmir?”

İfaçı bunun səbəblərini də açıqlayıb: “Səbəbi rüşvətxor insan olan Mənzərdir ki, o, hər ifaçıdan pul alır. Açıq-aşkar etməsə də, bunu fərqli insanların əli ilə edir. Bununla bağlı hara lazımdırsa, müraciət ünvanlayacağam”.

Müğənni Təranə Mahmudova: "Bütün həyatımı onunla bağlamışam" - MÜSAHİBƏ -  FOTOSESSİYA

Təranə Mahmudova 

Tanınmış caz ifaçısı Təranə Mahmudova isə öz sosial şəbəkə profilində qeyd edib: “Mənzər Nurəliyeva Azərbaycan mədəniyyətinin düşmənidir. İllərdir bu sənətdəyəm. Mənim kimi sənətçinin bütün yollarını bağlayır. Dəfələrlə Azərbaycanımızı xaricdə təmsil etmək istədiyimi bildirsəm də əksinə, hər tədbirdən uzaqlaşdırılmışam. Bu cür şəxsləri, ümumiyyətlə, mədəniyyət aləmindən birdəfəlik uzaqlaşdırmaq lazımdır!”

Aynur Kərimovaya yeni vəzifə verildi | BAKU.WS - Azərbaycanın xəbər saytı

Aynur Kərimova 

Yaranmış qalmaqalla bağlı nazirliyin cavabı gecikməyib. Nazirliyin Media və kommunikasiya şöbəsinin rəhbəri Aynur Kərimova bu ittihamların həqiqətə uyğun olmadığını deyib: “Bu ittihamlar həqiqətə uyğun deyil. Qeyd edim ki, bu tipli tədbirlərin təşkili xüsusi proqram əsasında hazırlanır. Mədəniyyət Nazirliyi tərəfindən dövlət tədbirləri üçün bədii proqramların təşkili müvafiq mütəxəssislərin də iştirakı ilə kollegial qaydada həyata keçirilir. Dövlət tədbirləri zamanı konsertlər üçün repertuarın təsdiq olunması, həmçinin iştirak edəcək incəsənət ustalarının seçimi xüsusi diqqətlə aparılır.

Bu məsələyə həssas yanaşmanın nəticəsidir ki, ölkəmizdə və xaricdə təqdim olunan sərgilər, konsert və tamaşalar böyük maraqla qarşılanır. Təsadüfi deyil ki, həm Azərbaycan, həm də xarici ölkələrin media qurumlarında, eyni zamanda sosial şəbəkələrdə mədəniyyətimizin yüksək səviyyədə təqdimatı razılıq doğurur, təqdir edilir. Bir daha qeyd edirik ki, bu prosesdə heç bir qanunsuz müdaxilədən söhbət gedə bilməz".

Aqil Abbas: “Yaşı 70-i ötmüş bütün deputatları bir yerə yığıb güllələmək  lazımdır”

Aqil Abbas

Milli Məclisin VI çağırış deputatı Aqil Abbas “Yeni Müsavat”a açıqlamasında bu iddialar haqda danışıb: “İnana bilmirəm ki, Mədəniyyət Nazirliyində kimsə bu cür addım atsın, rüşvət alsın, sənətçiləri incitsin. Əvvəllər bu cür hallar olurdu. Amma indi nazirliyin rəhbərliyində çox yaxşı, təmiz insan, Adil Kərimli dayanır. İnanıram və ümid edirəm ki, nazir həmin məmurla bağlı ciddi araşdırma aparıb, onun cavabını verər. Mənzər xanımı heç tanımıram, amma naziri çox yaxşı tanıyıram. Yəqin ki, tez bir zamanda bu problem öz həllini tapar”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR