Onlayn ictimai-siyasi qəzet
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan insanlara qan verən qazaxıstanlılar arasında “KazMunaiServis” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, biznesmen Nurlan Mantayev də olub.
Musavat.com iş adamı ilə söhbətləşib və hadisə ilə bağlı suallar ünvanlayıb.
Müsahibəni təqdim edirik:
- Nurlan bəy, hadisədən nə zaman xəbər tutdunuz, həmin vaxt harada idiniz?
- Mən hadisə barəsində elə qəzanın baş verdiyi gün Whatsapp vasitəsi ilə xəbər tutdum. Orada qəza yerindən videolar paylaşılırdı, yaralıların olması ilə bağlı məlumatlar verilirdi. Yaralıların fotolarını görəndə çox pis oldum. Bildirilirdi ki, onlara qan lazımdır. Mən də bir vətəndaş olaraq yaralılara qan vermək qərarına gəldim.
- Yaralıları şəxsən gördünüzmü, onlarla hansısa ünsiyyət oldumu?
Yox, mən onlardan 30 kilometr uzaq məsafədə idim. Onlarla görüşmək imkanım yox idi. Qəzanın baş verdiyi yerə gedən yol bağlanmışdı. Mən bundan əvvəl də donor olmuşam, həmişə qan mərkəzlərində qan vermişəm. Bu dəfə də vətəndaşlıq borcumu yerinə yetirdim.
- Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi təyyarənin uçuş qeydlərinin (qara qutularının) deşifrəsini başa çatdırıb. Departament artıq Qazaxıstanın hakimiyyət orqanlarına müvafiq məlumat göndərib. Qazaxıstanın bu araşdırmadakı rolunu necə qiymətləndirirsiniz?
- Mən siyasətçi və ya bloger deyiləm, sadə biznesmənəm. Ümid edirəm ki, hüquq-mühafizə orqanları buna hüquqi qiymət verəcək. Mən isə vətəndaşlıq borcumu yerinə yetirdim.
Şahanə Rəhimli
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ