İnsanlara hürriyət, millətlərə istiqlal!

Kobaxidzedən Makrona ŞİLLƏ KİMİ CAVAB 

Gürcüstanın baş naziri İrakli Kobaxidze Fransa prezidenti Emmanuel Makrona Ukraynaya diqqət yetirməyi tövsiyə edib.

Musavat.com xəbər verir ki, bu barədə o, yerli jurnalistlərlə söhbətində danışıb.

Qeyd edək ki, yanvarın 6-da Makron Rusiyanın qonşularına qarşı “daha aqressiv” olduğunu deyib və buna misal olaraq 26 oktyabr 2024-cü ildə Gürcüstanda keçirilən parlament seçkilərini göstərib. Fransa liderinin sözlərinə görə, Rusiya Gürcüstanda seçki prosesini pozmağa çalışıb.

“Fransa prezidenti dağıdılması üçün qurban verilən Ukraynaya diqqət yetirsin. Bu gün hər kəsin üzləşdiyi problem dağıdılmış Ukraynadır”, - deyə Kobaxidze ona bu sözlərlə cavab verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR