İnsanlara hürriyət, millətlərə istiqlal!

“Psixoloji problemi var” - Aygün Bəylərin ailəsində qalmaqal niyə bitmir?

Mərhum Əməkdar artist Aygün Bəylərin ailəsində qalmaqal bitmək bilmir.

Onun bacısı Zümrüd Hümmətova Medianews.az-a müsahibə verərək ailədəki vəziyyət və bacılar arasındakı münasibətlərin gərginliyindən danışıb. O, bacısı Aynuru ittiham edərək, onun Aygünün ölümündən sonra bütün varidatı öz nəzarətinə götürdüyünü iddia edib.

Sənətkarın ölümündən sonra ailədə nələr yaşanır? Bacılar arasındakı əsas qalmaqalın səbəbi nələrdir?

SULTAN SON.jpg (25 KB)

Aygün Bəylərin prodüseri olmuş Sultan Mustafayev Musavat.com-a açıqlamasında bildirib ki, Zümrüd Hümmətovanın bacısı şou yaradır:

“1 ildir ki, Aygün Bəylər rəhmətə gedib və hamının bildiyi kimi, Aygün Bəylər böyük sənətkar idi. O, Hümmətov ailəsinin, nəslini idarə edən ən güclü insanlardan biri idi. Yəni ömür boyu həm ailəyə baxıb, həm maddi-mənəvi dəstək olub. Məsələ bundadır ki, Zümrüd Aygün rəhmətə gedəndən sonra böyük travma alıb və bu qızın psixoloji problemi var. Mütləq şəkildə psixoloqa getməlidir. Amma nədənsə Zümrüd bunu qəbul etmir. Özü bilər, amma başa düşürəm ki, bacısını itirib, travma alıb.

Ona görə də Zümrüdün açıqlamaları nə mənim tərəfimdən, nə də bacılar tərəfindən ciddi qəbul olunur. Çünki orada dedikləri hamısı ağ yalandır. Şər-böhtandır. Bu haqda çox danışmaq istəmirik. Çünki Aygün Bəylər şou adamı olmayıb. Sənətkar olub, ustad olub və bu gün Zümrüdün etdiyi bu oyunlar sırf şoudur ki, gündəmdə qalsın. Verilişlərə dəvət alsın.

O deyir ki, Aynur Cananı mənimsəyib. Amma Canan doğulandan Aynurun yanında qalıb, o baxıb”.

Könül İbrahim
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR