Onlayn ictimai-siyasi qəzet
Ukrayna silahlı qüvvələri Kursk vilayətində irəliləyib. Bu da Ukraynanın həmin istiqamətdə və ya cəbhənin digər yerlərində koordinasiyalı əməliyyatından xəbər verir.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.
İnstitutun məlumatları 5 və 6 yanvar tarixlərində dərc edilmiş geolokasiya kadrlarına əsaslanır. Həmin kadrlar Ukrayna silahlı qüvvələrinin Sucanın şimal-şərqində irəliləyişini göstərir. Ukrayna ordusunun hücumlarının Berdinin cənubunda, Popereçnının mərkəzi hissəsində və Novosotnitskinin mərkəzi hissəsində uğurla alındığı görünür.
Halbuki Rusiya Müdafiə Nazirliyi və hərbi bloqçular əvvəllər Rusiya ordusunun Berdin və Novosotnitski yaxınlığında Ukraynanın mexanikləşdirilmiş hücumunu dəf etdiyini bəyan edirdilər.
Bundan əlavə, institutun məlumatına görə, yanvarın 6-da Rusiya qüvvələri əks-hücuma keçməyə çalışıb. Yanvarın 5-dən olan geolokasiya xəritələri göstərir ki, Rusiya hərbçiləri Sucanın şimal-qərbində yerləşən Malaya Loknya kəndindən qərbə doğru irəliləyib.
ISW-nin məlumatlarına əsasən, Rusiya ordusu 177-ci dəniz piyada alayının bir hissəsini Zaporojye vilayətinin qərbindən Kursk vilayətinə köçürüb.
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ