İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransız ultrasağlarının atası LE PEN ÖLDÜ

Fransada ifrat sağçı siyasətçi, Milli Cəbhə Partiyasının qurucusu və prezidentliyə keçmiş namizəd Jan-Mari Le Pen 96 yaşında vəfat edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə yerli “Le Figaro” qəzeti məlumat yayıb.

Onun yanvarın 7-də dünyasını dəyişdiyi bildirilir. Son illərdə o, ağır xəstə olub, xüsusən də ürəyində problemlər yaşayıb. O, sonuncu dəfə 2018-ci ildə 90 illik yubileyi münasibətilə ictimaiyyət qarşısında çıxış edib.

Jan-Mari Le Pen 1928-ci ildə anadan olub. Əsgər kimi Fransa ordusunda xidmət edən Le Pen Hind-Çin və Əlcəzair müharibələrində iştirak edib. Gəncliyindən millətçi baxışlara sadiq qalıb və 1956-cı ildə parlamentə seçilib. 1972-ci ildə Fransada ən böyük sağçı millətçi qüvvəyə çevrilən Milli Cəbhə Partiyasını qurub.

Le Pen Fransada beş dəfə prezident seçkilərində iştirak edib. Burada ultrasağ millətçi ən böyük uğurunu 2002-ci ildə əldə edib. Həmin vaxt o, gözlənilmədən hazırkı prezident Jak Şirakla birlikdə ikinci tura çıxıb.

Le Pen daha sonra, 2011-ci ildə partiyada liderliyi qızı Marin Le Penə buraxıb.

Maraqlıdır ki, partiyada fəxri sədr olmasına rəğmən, sonradan bu ünvanını da itirib. Belə ki, qızı onu bütün titullardan məhrum edib. Le Pen bundan sonra Marin Le Peni qızlıqdan rədd etdiyini açıqlayıb.

Le Penin qızı ifrat sağ mövqeyində qalmasına baxmayaraq, partiyanı qısa müddət ərzində Fransanın əsas siyasi qüvvələrindən birinə çevirməyi bacarıb. Marin Le Pen və Jordan Bardellin rəhbərliyi altında partiya parlament seçkilərində ciddi uğur qazanıb və Marin Le Pen özü də iki dəfə prezident seçkilərinin ikinci turuna çıxıb. Hər iki dəfə Emmanuel Makronla yarışıb. Hazırda Fransada prezidentliyə ən real namizəd məhz Marin Le Pen sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR