Onlayn ictimai-siyasi qəzet
Özbəkistanın Qanot Şərq aviaşirkəti yanvarın 20-dən martın 6-dək Moskva və Sankt-Peterburqa uçuşların sayını azaldacağını açıqlayıb.
Musavat.com şirkətin açıqlamasına istinadən xəbər verir ki, buna səbəb reysləri həyata keçirən “Airbus” təyyarələrində texniki təmir işlərinin aparılmasıdır.
Lakin Rusiya mətbuatı bu addımın daha çox təhlükəsizlik məsələləri ilə bağlı olduğunu qeyd edir.
Şirkət Moskvaya (Domodedovo hava limanı) Daşkənd, Səmərqənd, Buxara, Namanqan və Fərqanədən, Sankt-Peterburqa (Pulkovo) isə Səmərqənd və Namanqandan bəzi reysləri dayandırır. Həmçinin yanvarın 22-dən martın 5-dək Daşkənd və Səmərqənd arasında bəzi reyslər ləğv ediləcək.
Qeyd edək ki, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan araşdırmalar fonunda bir neçə xarici aviaşirkət Rusiyaya uçuşları dayandırıb. Onların arasında AZAL-ın özü (Bakıdan Rusiyanın 10 şəhərinə uçuşlar ləğv edilib), həmçinin Qazaxıstanın “Qazaq Air” (Astanadan Yekaterinburqa), İsrailin “El Al” (Tel-Əvivdən Moskvaya), “Arab Flydubai” (Dubaydan Soçiyə və Minvoda), “Türkmən Hava Yolları” (Aşqabad və Moskva arasında) şirkətləri daxildir.
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ