İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni virus təhlükəsi: “Vaksin hamilələrə də vurulacaq”

Çində yayılan və Qazaxıstan, Qırğızıstan, Ukrayna ərazisində də qeydə alınıb. Getdikcə vüsət olan xəstəlik virusa qarşı peyvənd məsələsini gündəmə gətirib.

Bəs koronavirus pandemiyasında olduğu kimi kütləvi vaksinasiya prosesinə başlanılacaq? Bu halda kimlər həmin prosesə cəlb ediləcək?

Professor, həkim Adil Qeybulla “Yeni Sabah”a açıqlamasında bu məqama aydınlıq gətirib:

“Əvvəla, insan metapnevmovirusunun Azərbaycanda olub-olmaması ilə bağlı əldə konkret fakt yoxdur. Amma bunun olması real və mümkündür. Çünki biz qloballaşan dünyada yaşayırıq. Çinlə də ticari əlaqələrimiz var. İnfeksiya da hava damcı yolu ilə yayılır. Bu səbəbdən həmin virusun ölkəyə gəlib çatması mümkündür.

Hələ ki, virusa qarşı vaksinasiya prosesi düşünülmür. Əgər xəstəlik yerində lokallaşdırılmazsa, vüsət alaraq epidemiya yaradarsa, yəqin ki, insanların vaksin edilməsi məsələsi gündəmə gələ bilər. Çünki vaksinasiya ciddi bir prosesdir. Bu ilkin olaraq, hazırlanmalıdır. Hazırkı vaksinlər yeni üsullarla hazırlanır. Ona görə də bu proses çox böyük məsləhətlər tələb edir və daha sonra vaksin istehsalına başlanılır. Ola bilsin ki, hələ sözügedən xəstəliyə qarşı vaksinasiya aparılmasın”.

Həkim insanlara bir sıra vacib xəbərdarlıqlar da edib:

“Qripə qarşı olan peyvəndlər metapnevmovirusa da faydalıdır. İmmun sistemini hazır vəziyyətə gətirmək, yaxşılaşdırmaq lazımdır. Bütün xəstələrə tövsiyəmiz ondan ibarətdir ki, yataq rejiminə keçsinlər, işə getməsinlər, özlərini təcrid edərək havalandırılma olan otaqda qalsınlar. Özbaşına dərman pereparatları, antibiotiklər qəbul etmək lazım deyil. Çünki antibiotikin virusa heç bir təsiri yoxdur.

Qrip vaksini üçün əks-göstəriş yoxdur. Hər kəsə, hətta hamilələrə də olar. Sadəcə allergiyası olan şəxslərə ehtiyatla vurulmalıdır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR