İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli qətl: Körpəni qaçırmaq üçün iki ukraynalı qadını öldürdülər

Almaniyanın Manheym şəhərində uşağa sahib olmaq məqsədilə ukraynalı qadını və onun anasını öldürən evli cütlüyün məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə yerli “Der Spiegel” məlumat yayıb.

Məhkəmənin başlanğıcında hər iki müttəhim vəkilləri vasitəsilə oxunan ifadələrdə cinayətlərini etiraf ediblər. Onlar baş verənlərdən peşman olduqlarını bildiriblər.

İttihama görə, qadın əri ilə birlikdə 27 yaşlı ukraynalı qadını və onun 51 yaşlı anasını öldürüb. Canilərin sözlərinə görə, əsas məqsədləri ukraynalı gənc ananın həftəlik körpəsini ələ keçirmək olub.

Prokurorluğun məlumatına görə, canilər Haydelberq yaxınlığındakı Sandhauzen şəhərində yaşayan 45 yaşlı qadın və onun 43 yaşlı əridir. Onlar uzun müddət birlikdə qız övladı sahibi olmaq arzusu ilə yaşayıblar. Həmin şəxslərin milliyyəti açıqlanmasa da, əvvəlki məlumatlarda şübhəlilərin rus qadın və alman kişi olduğu qeyd edilib.

Cani qadın xüsusi olaraq ukraynalı qaçqınlarla əlaqə qurmağa çalışıb və onlara dəstək olmaq məqsədilə Telegram qrupuna qoşulub. Həmin vaxtlarda o, tərcümə işində kömək axtaran 27 yaşlı gənc ana ilə tanış olub. Cinayət zamanı gənc ana, nənə və körpə Reyn-Nekkar rayonundakı qaçqınlar üçün sığınacaqda qalırmış.

Təxminən 11 aylıq körpə hazırda Ukraynada bibisi ilə birlikdə yaşayır. Qadın işdə ortaq iddiaçı qismində iştirak edir. Məhkəmə baxışı üçün 9 dinləmə nəzərdə tutulub.

Hökmün fevralın 21-də elan olunacağı bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR