Onlayn ictimai-siyasi qəzet
Xarici işlər nazirləri səviyyəsində “3+3” formatında növbəti görüşə hazırlıq davam edir.
Bunu “Report”un sualına cavabında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, bu gün keçirdiyi brifinqdə təsdiqləyib ki, hazırda xarici işlər nazirlərinin sözügedən formatda Ankarada görüşünün təşkili istiqamətində iş aparılır.
“Ankarada belə bir görüş hazırlanır. Hesab edirəm ki, onun tarixini əldə edilmiş razılaşmanın nəticələrinə əsasən bütün ölkələrlə birlikdə elan etsək, düzgün olar. Ona görə də bunu etmək mümkün olan kimi deyəcəyəm, lakin belə bir görüşün hazırlandığını təsdiq edə bilərəm”, - M.Zaxarova bildirib.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ