Onlayn ictimai-siyasi qəzet
Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer gələn həftə Vaşinqtona səfər edəcək və ABŞ Prezidenti Donald Tramp ilə görüş keçirəcək.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Uolts məlumat verib.
Görüşdə əsas müzakirə mövzularının Ukrayna müharibəsi, Avropa təhlükəsizliyi və transatlantik əməkdaşlıq olacağı gözlənilir. Tramp administrasiyasının Avropaya dair yeni strategiyası və müharibənin dayandırılması üçün atılacaq addımlar gündəmdə olacaq.
Baxmayaraq ki, səfərin gündəliyi hələ tam açıqlanmayıb, görünən odur ki, Makron və Starmer Trampın dəyişən Avropa siyasətinə və Ukrayna-Rusiya müharibəsində tutduğu mövqeyə aydınlıq gətirmək üçün Vaşinqtona gedir.
Çünki hazırda Trampın müharibə ilə bağlı yürüdüyü siyasət və açıqlamaları nə Ukraynanın, nə də Avropanın maraqlarına uyğundur. Avropa liderləri Trampın müharibənin dayandırılması planının Avropanın təhlükəsizlik maraqlarını nə dərəcədə nəzərə aldığını dəqiqləşdirmək və onu öz mövqelərinə inandırmaq istəyirlər.
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ