İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə Nazirliyinin nümayəndə heyəti Naxçıvanda - FOTOLAR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti səhiyyə infrastrukturunun inkişafı, tibbi xidmətlərin keyfiyyətinin artırılması və yeni yaradılan tibb müəssisələrinin fəaliyyəti ilə yerində tanış olmaq məqsədilə Naxçıvan Muxtar Respublikasına işgüzar səfər edib.

Musavat.com xəbər verir ki, iki gün davam edən səfər çərçivəsində əvvəlcə nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb, xatirəsinə ehtiramlarını bildirib.

A group of people in formal attire is paying respects at a monument, with a flag in the background and buildings nearby.
A group of people stands in front of a large statue and building, with clear blue skies above.

Nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında Naxçıvanda tibb sahəsində həyata keçirilən islahatlar çərçivəsində xroniki böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərə göstərilən tibbi xidmətin vahid mərkəzdən və müasir səviyyədə təşkili məqsədilə yaradılan Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzinin açılışında iştirak edib. Eyni zamanda, şəhid ailələrinin və müharibə iştirakçısı olan veteranların sosial və psixoloji rifahının gücləndirilməsi, onların psixoloji reabilitasiyasına sistemli şəkildə dəstək göstərilməsi məqsədilə yaradılan Naxçıvan Muxtar Respublikası Psixoloji Sağlamlıq Mərkəzi və Təcili Tibbi Yardım Xidməti ilə tanışlıq olub.

Tədbirlərdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov və Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov iştirak ediblər.

Three men in suits walk through a modern medical facility with dialysis machines, while patients are seated in treatment chairs.

a group of people standing in a room
A group of men in formal attire engaged in conversation in a well-lit hallway with green walls and decorative moldings.
A group of officials walks past ambulances outside a medical facility, with staff in uniforms standing by. Clear blue sky above.
a truck parked in a parking lot
A table displays various medical equipment and supplies outdoors, with a building and greenery in the background.

Hemodializ Mərkəzində yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, müasir tibbi avadanlıqlarla təchiz olunmuş müəssisədə pasiyentlərə komfortlu şəraitdə xidmət göstərilməsi üçün bütün imkanlar yaradılıb. Həmçinin, Mərkəzin yaradılma məqsədi, tikinti və texniki təchizat işləri, eləcə də gələcək fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Psixoloji Sağlamlıq Mərkəzində şəhid və veteran ailələrinə psixoloji yardım və reabilitasiya xidmətləri, habelə fərdi və qrup terapiyası otaqları fəaliyyət göstərəcək.

Eyni zamanda, bildirilib ki, Təcili Tibbi Yardım Xidmətinin mövcud avtomobil parkı müsair avadanlıqlarla təchiz olunub.

A group of people observes a presentation in a room, with a woman in a lab coat at a desk and a large screen displaying information.
A group of professionals in a medical facility, discussing near hospital beds and a colorful wall mural.
A group of professionals is observing a medical device in a bright, modern room.
A group of five individuals in formal attire is discussing in a modern medical facility with teal chairs and IV stands.

Nümayəndə heyətinə muxtar respublikada səhiyyə sisteminin modernləşdirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər və dövlət proqramları çərçivəsində icra olunan layihələr barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı çərçivəsində bir sıra mühüm layihələr icra olunur.

Qonaqlar Treninq və Simulyasiya Mərkəzinin fəaliyyəti, habelə Ağız və Diş Sağlamlığı Mərkəzində aparılan təmir-tikinti işləri ilə tanış olublar.

a group of men in suits standing in a room with windows
A group of professionals in formal attire is discussing in an unfinished room with bare walls and windows.

Səfər çərçivəsində Babək rayonu üzrə Qahab, Culfa rayonu üzrə Əbrəqunus, Ordubad rayonu üzrə Vənəd və Dəstə Kənd Ailə Sağlamlıq Mərkəzlərində yaradılan şəraitə baxış keçirilib.

Nümayəndə heyəti səfər çərçivəsində yeni Naxçıvan Səhiyyə Kompleksi layihəsi ilə tanış olub. Kompleks çərçivəsində pediatriya, cərrahiyyə, reanimasiya, fizioterapiya və digər ixtisaslaşmış tibbi xidmətlərin vahid məkanda, müasir standartlara uyğun şəkildə təşkili nəzərdə tutulur.

İstismara verilməyə hazırlanan Oksigen İstehsalı Müəssisəsi ilə də tanışlıq olub. Qeyd edilib ki, müəssisədə oksigenin istehsalı, tibb müəssisələrinə çatdırılması və təhlükəsizliyə nəzarət proseslərinin müasir tələblərə uyğun təşkili nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Dəstək və Çağrı Mərkəzləri, Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası, İctimai Səhiyyə Xidmətinə baxiş keçirilib, müaəssisələrin ümumi vəziyyəti, tibbi xidmətin təşkili və burada yaradılan şəraitlə tanışlıq olub.

Sonda Naxçıvan Muxtar Respublikasında səhiyyə sisteminin müasirləşdirilməsi və infrastrukturun inkişafı istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR