Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp yaxın iki həftə ərzində Cənubi Koreyada Çin lideri Si Cinpinlə ayrıca görüş keçirməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ və Çin münasibətləri yaxşı istiqamətdə inkişaf edə bilər, lakin bunun üçün tərəflər arasında “ədalətli və tarazlaşdırılmış razılaşma” əldə olunmalıdır.
O bildirib ki, Vaşinqton Çinlə ticarət və təhlükəsizlik sahəsində dialoqu davam etdirməkdə maraqlıdır, çünki bu, qlobal sabitlik və iqtisadi balans üçün vacibdir.
Ekspertlər qeyd edirlər ki, Tramp–Si görüşü Asiya-Sakit okean regionunda yeni diplomatik mərhələnin başlanğıcı ola bilər və bu danışıqlarda Koreya yarımadasının təhlükəsizliyi, Tayvan məsələsi və texnoloji əməkdaşlıq kimi mövzular ön planda olacaq.
Musavat.com
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ