İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov Paşinyana sərt cavab verdi: "KTMT-dən çıxmaq barədə çox danışıb, amma..."

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı heç bir sənəd yoxdur”.

 Musavat.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında respublikanın baş naziri Nikol Paşinyanın Ermənistanla KTMT arasında münasibətlərin dönüş nöqtəsini keçdiyi barədə bəyanatını şərh edərkən deyib.

“Belə bir sənəd alınmayıb, biz bu söhbətləri eşidirik, Ermənistanın baş naziri parlamentdə bu mövzuda çox danışıb.

Biz əminik ki, KTMT-yə üzvlükdən maksimum istifadə etmək Ermənistanın təhlükəsizliyinin maraqlarına uyğundur”, - deyə o, müvafiq sualı cavablandırıb.

 “Əgər belə bir qərar qəbul olunarsa,  bu, indiki Ermənistan rəhbərliyinin suveren hüququ olacaq. Rusiyanın və KTMT-nin digər üzvləri İrəvana qapıları bağlamaq kimi qəbul ediləcək heç bir addım atmayıb və etməyəcəklər”, - Lavrov əlavə edib.

Şahanə Rəhimli

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR