İnsanlara hürriyət, millətlərə istiqlal!

Keşiş Baqrat: “Baş Prokurorluğun nümayəndəsi kimdir ki, bizi qəbul etsin”

“Bizə indicə məlumat verdilər ki, Ermənistan Baş Prokurorluğunun hansısa nümayəndəsi bizi media olmadan qəbul etməyə hazırdır”.

Musavat.com xəbər verir ki, bu barədə keşiş Baqrat Qalstanyan Ermənistan Baş Prokurorluğunun binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı bildirib.

“Bu, ümumiyyətlə, ünsiyyət forması deyil. Bu insanlar üz-üzə ünsiyyət qurmaqda çətinlik çəkirlər. Əgər sizdə məmur, əməkdaş şüuru varsa, o zaman enib burada təqdim etdiyimiz suallara cavab verin. Bu işlər baş prokurora ünvanlanır və o, cavab verməlidir. Biz sadəcə baş prokuroru gözləyirik”, - deyə Qalstanyan vurğulayıb.

Qeyd edək ki, təxribatçı keşiş və tərəfdarları oktyabrın 9-da Ermənistan Baş Prokurorluğunun binası yaxınlığında etiraz aksiyası təşkil ediblər. Onlar Ermənistanın baş prokuroru Anna Vardapetyanla görüş tələb edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR