İnsanlara hürriyət, millətlərə istiqlal!

Kənd boşaldıldı, PUA-lar və qırıcılar HAVADA! - Qafqaza kütləvi PUA hücumu

Adıgey Respublikasının rəhbəri Murat Kumpilov Ukrayna PUA-larının hərbi hava limanına hücum etdiyini açıqlayıb.

O, bundan sonra hava limanı yaxınlığındakı kəndin boşaldılmasına göstəriş verib. Onun sözlərinə görə, Maykop şəhərinin ətrafındakı aviabaza gecə saatlarında kütləvi PUA hücumuna məruz qalıb. “Rodnikovovo kəndinin sakinlərinin mütəşəkkil şəkildə təxliyyəsi həyata keçirilir. Xanskaya kəndində vətəndaşlar üçün müvəqqəti sığınacaq yaradılıb”, - Kumpilov qeyd edib. Adıgey Rusiya ərazisində yerləşən muxtar respublikadır. Şimali Qafqazda, Kuban və Laba çaylarının sol sahillərində yerləşir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasətçi Nemət Pənahlıdır.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR