Onlayn ictimai-siyasi qəzet
Hollivud istehsalı olan “Karib dənizinin quldurları” filmini yəqin ki, seyr etməyən az adam tapılar. Bu filmin baş qəhrəmanı Cek Sərçə (Jack Sparrow) obrazının prototipinin türk olduğunu isə hamı bilmir.
Musavat.com Lent.az-a istinadən bu məşhur film barədə maraqlı bir faktı təqdim edir.
Coni Deppin canlandırdığı Karib qulduru obrazına diqqət yetirsək, onun qulağında qədim Osmanlı tanası, yəni sırğanın olduğunu görmək olar. Tananın üzərində qədim türk bayrağı və Osmanlı tuğu həkk olunub.
Qədim türklərdə yalnız bir qulağa taxılan sırğaya tana deyirdilər. Tananı qəhrəmanlıqla ad çıxarmış igidlər taxardılar. Bu fərqləndirici nişan sayılırdı. Yeri gəlmişkən tana sözü sırğa mənasında indi də bir çox bölgələrimizdə istifadə olunur.
Filmin rejissoru Qor Verbinski türk tarixini çox yaxşı bilən, Osmanlı padşahlarının heyranı olan araşdırmaçıdır.
O, Osmanlı tarixini araşdırarkən, orta əsrlərdə yaşamış qəhrəman dənizçi Yunus kapitanın hekayəsindən ilhamlanaraq Cek Sərçə obrazını yaradıb. Yunus kapitanı xatırladan o tananı da obrazın aksessuarlarına rejissor özü əlavə edib.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ