İnsanlara hürriyət, millətlərə istiqlal!

Düşüncə gücü və manifestlə arzu tutanda reallaşır?

Ev almaq istəyirsiniz, amma pulunuz yoxdur. Əvvəlcə necə ev almaq istədiyinizi düşünün. Gedin, gəzin, baxın, hətta əmlakçılarla bazarlıq edin və o evin sizin olduğunu xəyal edin.

Yəqin ki, bu sözləri hamınız sosial şəbəkələrdə "TED" videolarında çox görüb, eşitmisiniz. Bu davranış özünə motivasiya və ya "manifest" kimi qiymətləndirilir.

Bəs bu həqiqətən işə yarayırmı, yoxsa sadəcə psixoloji təsəlli formasıdır?

Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında sorğu keçirib.

"Dərslə, sevgi ilə bağlı manifestlər etmişəm. Nəticəsi olmayıb", - sakin bildirib.

"Dostlarım qırmızı iplə arzu tutublar, işə yarayıb", - başqa bir sakin qeyd edib.

Ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

20 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR