İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraillə "Hizbullah" bir-birilə açıq müharibədən çəkinir - ŞƏRH

“Yaxın Şərq cəbhəsində vəziyyətin bu həddə çatacağı qiymətləndirilirdi, hətta bundan da pis olacağı proqnozlaşdırılır. Ancaq İsraillə "Hizbullah" hələ də bir-birilə açıq müharibə etməkdən çəkinir”.

Musavat.com xəbər verir ki, bu fikirləri siyasi analitik Aqşin Kərimov bildirib.

O qeyd edib ki, İsrail "kölgə müharibəsi"nin amansız sürpriz texnoloji imkanları ilə" Hizbullah"ı hədəfə alaraq ən vacib olan prioritetlər formalaşdırır: “Bunlar əsasən İsrailin "Hizbullah" daxilində güclü casus şəbəkəsinin olduğu qənaətini formalaşdıran məxfi informasiya əməliyyatları ilə gerçəkləşdirilir.

Nəticədə "Hizbullah" ilə onun bütün aspektlər üzrə sponsoru İran arasında fikir ayrılıqlarını dərinləşdirmək və "Hizbullah"ı Tehranın iradəsindən kənar qüvvə olması hədəfinə söykənir. Əslində, "Hizbullah" faktoru İranla İsrailin şüuraltı strateji məntiqlərinin qarşılıqlı güzəşt kodeksidir...”

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR