Onlayn ictimai-siyasi qəzet
Bəzi cihazlar həddindən artıq enerji sərf edir.
Milli.Az xəbər verir ki, 6 soyuducunun işlətdiyi qədər enerji sərf edən cihazlar var. Hansı ki, bunlara elektrikli soba, "airfryer", "ızgara aparatı"nı misal çəkmək olar.
"İşıq pulu"nun artmasından sonra vətəndaşlar ev əşyalarının enerji sərfini daha çox izləməyə başlayıblar. Bəzi cihazlar təkblikdə altı soyuducunun istehlak etdiyi qədər enerji sərf edir. Buna görə də daha az enerji sərf edən cihazlar seçmək böyük önəm daşıyır.
Ev əşyaları arasında soba, airfryer və ızgara kimi yüksək temperaturda işləyən cihazlar daha çox enerji sərf edir. Bu cihazlar mütəmadi istifadə edildikdə elektrik borcunda ciddi artıma səbəb ola bilər.
Evlərdə istifadə olunan elektrik cihazlarının enerji sərfiyyatı düşündüyümüzdən çox daha böyük təsirə malik ola bilər. "Renewable Energy World" tərəfindən yayımlanan məlumatlara görə gündəlik həyatda çox istifadə etdiyimiz su qızdırıcıları, kompüterlər və ventilyatorlar belə əhəmiyyətli miqdarda elektrik sərf edir.
Enerji qənaəti üçün A++ və ya daha yüksək enerji sinifinə sahib cihazların seçilməsi, istifadə edilməyən cihazların söndürülməsi və onların mütəmadi baxımının aparılması tövsiyə edilir. Bu üsullar enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azaldar.
26 Aprel 2025
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ