İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə DƏHŞƏTLİ TERROR: Ölən və yaralananlar var - VİDEO

İsrailin cənubundakı Beerşeba Mərkəzi Avtovağzalında terror aktı baş verib.

Musavat.com xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Qeyd olunub ki, 25 yaşlı qadın aldığı ağır xəsarətlərdən dünyasını dəyişib, daha 10 nəfər isə güllə yarası da daxil olmaqla müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yaralılardan 5-nin durumu ağırdır. Onlardan biri polis əməkdaşıdır.

Polis terrorçunu zərərsizləşdirib.

Yayılan son məlumatlara görə, insanlara atəş açan 29 yaşlı terrorçu Əhməd Səid Akabi İsrail vətəndaşlığı olan ərəbdir.

Qeyd olunub ki, Akabinin qohumu da 2015-ci ildə bir İsrail əsgərini Beerşeba Mərkəzi Avtovağzalında öldürüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR