Onlayn ictimai-siyasi qəzet
Göygöldə qonşular arasında eşşəyin səsinə görə əlbəyaxa dava baş verib. Eşşəyin səsindən narahat olduğunu deyən şəxs qonşusunu yumruqla vurub.
Musavat.com-un xəbərinə görə, hadisə Göygöl rayonu, Üçtəpə kəndində baş verib.
Elnur A. təsərrüfatında olan eşşəyi otlaması üçün evinin yaxınlığındakı boş əraziyə bağlayıb. Eşşəyin səsindən narahat olan qonşu Namiq M. buna etiraz edib. Bir neçə dəfə eşşəyin ipini açaraq onu ərazidən uzaqlaşdırıb.
Sonuncu dəfə Elnur A. yenə də eşşəyini otlaması üçün boş əraziyə bağlayıb. Namiq M. onun evinə gələrək eşşəyi oradan uzaqlaşdırmasını və ümumiyyətlə satmasını istəyib. Namiq eşşəyin səsindən bezidiyini, rahat yaşaya bilmədiyini deyib.
Mübahisə zamanı Elnur Namiqin gözünə zərbə endirib və onun qaş nahiyəsi partlayıb. Qonşular və ailə üzvləri onları sakitləşdirib.
Elnura qarşı qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə cinayət işi açılıb və barəsində 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Qeyd edək ki, qonşular barışığa gəlməyiblər. Zərərçəkmiş Namiq qonşusunu bağışlamayıb. Deyib ki, Elnura dərs olması üçün cəza verilməlidir, amma yüngül.
İ.Muradov
Musavat.com
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ