Onlayn ictimai-siyasi qəzet
Bu gün axşam saatlarında Göyçay şəhərində güclü külək nəticəsində irigövdəli çinar ağacı avtomobil yoluna aşıb.
Musavat.com-un məlumatına görə, hadisə şəhərin Nizami küçəsində baş verib.
Ağacın aşması nəticəsində yüksək gərginlikli elektrik xətti də qırılaraq yolun üzərinə düşüb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda yolun təmizlənməsi və təhlükəsizliyin təmin olunması istiqamətində işlər aparılır.
@@TVmusavat/113724@@
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ